...

"Nike" ABŞ və Avropadakı tibb işçilərini paltar və ayaqqabı ilə təchiz edəcək

Dünya xəbərləri Materials 5 May 2020 08:31 (UTC +04:00)
"Nike" ABŞ və Avropadakı tibb işçilərini paltar və ayaqqabı ilə təchiz edəcək

Bakı. Trend:

Amerikanın idman geyimləri və ləvazimatları istehsal edən "Nike" şirkəti ABŞ və Avropada koronavirusla mübarizə aparan tibb işçilərini 140 min ədəd geyim, ayaqqabı və zəruri avadanlıqlarla təchiz etmək üçün bir sıra xeyriyyə təşkilatları ilə əməkdaşlıq edəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında xəbər verilib.

Məlumata əsasən tibb işçiləri, digər ləvazimatlarla birlikdə xüsusi olaraq onlar üçün hazırlanmış 32,5 min cüt ayaqqabı alacaqlar ki, bu da Çikaqo, Los Anjeles, Memfis, New Yorkdakı xəstəxanalara, habelə Barselona, Berlin, London, Milan və Paris də daxil olmaqla bir sıra Avropa şəhərlərinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti