...

Dünyada koronavirusa yoluxanların sayı 87 minə yaxın artıb

Dünya xəbərləri Materials 16 May 2020 23:41 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 87 minə yaxın artıb

Bakı. Trend:

Dünyada yeni koronavirusa yoluxanların sayı sutkada 87 minə yaxın artaraq 4,43 milyona yaxınlaşıb. Eyni zamanda təsdiqlənmiş ölüm hallarının sayı 5 min nəfərə yaxın artaraq 302 mini keçdi.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, dünyada 4 425 485 yoluxma və 302 059 ölüm faktı qeydə alınıb. Sutka ərzində daha 86 827 nəfər koronavirusa yoluxub, daha 4 940 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 1 909 483 nəfər. Sutkada yoluxanların sayı 45 015 nəfər artıb. Ölənlərin sayı 3 123 nəfər artaraq 115 057 nəfərə çatıb. Avropada 1 848 445 yoluxma və 164 723 ölüm halı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 22 150, ölüm hallarının sayı isə 1 446 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 16-na olan vəziyyətə görə, orada 315 668 yoluxma, 9 701 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 10 479 nəfər artıb, 143 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti