Bakı. Trend:
Əgqanıstanın Qazni əyalətində hərbi bazaya silahlı hücum olub.
Trend-in TASS-a istinadə verdiyi məlumata görə, bazanın önündə əvvəlcə avtomobil partladılıb, sonra isə atışma baş verib.
Hücum zamanı ən az 7 nəfərin öldürüldüyü, 25 nəfərin yaralandığı bildirilir. Atışma baş verən baza kəşfiyyat bölmələrinin hərbçilərinin yerləşdiyi məntəqə olub.
İlkin məlumatlara görə hücum Taliban hərəkatı tərəfindən təşkil olunub.