...

Serbiya 4 ölkə ilə sərhədləri açacaq

Dünya xəbərləri Materials 19 May 2020 16:28 (UTC +04:00)
Serbiya 4 ölkə ilə sərhədləri açacaq

Bakı. Trend:

Serbiya iyunun 1-dən etibarən Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqro ilə sərhədləri açacaq.

Trend-in məlumatına görə, bunu ölkənin xarici işlər naziri İvitsa Daçiç həmsərhəd ölkələrin nazirləri ilə videokonfrans zamanı deyib.

O bildirib ki, digər həmsərhəd ölkələr olan Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya və Xorvatiya ilə sərhədlər epidemioloji vəziyyət düzəldikcə açılacaq.

Qeyd edək ki, Serbiya koronavirus pandemiyası ilə əlaqədar sərhədləri martın 15-də bağlayıb. Ölkədə bu günədək 10 mindən çox şəxs koronavirusa yoluxub, 231 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti