Bakı. Trend:
Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada 60 milyona yaxın insan yoxsulluqla üzləşə bilər.
Trend-in məlumatına görə, bunu Dünya Bankının rəhbəri Devid Mallass videokonfrans zamanı deyib.
O bildirib ki, Dünya Bankı pandemiya nəticəsində dünya iqtisadiyyatının dərin resessiya dövrünə daxil olacağını proqnozlaşdırır.
Bundan başqa, bank rəhbəri əlavə edib ki, qurum 2021-ci ilin ortalarınadək ölkələrə ümumilikdə 160 milyon dollar kredit verəcək.