...

"Austrian Airlines" uçuşların dayandırılmasını uzadır

Dünya xəbərləri Materials 21 May 2020 04:37 (UTC +04:00)
"Austrian Airlines" uçuşların dayandırılmasını uzadır

Bakı. Trend:

"Austrian Airlines" aviaşirkəti koronavirus infeksiyasının yayılması ilə əlaqədar uçuşların dayandırılmasını iyun ayının 14-ə qədər uzadır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın nəşr agentliyi xəbər yayıb.

Bildirilir ki, aviaşirkət iyun ayının ortalarından ilk reyslərini alman dilli, daha sonra London, Paris və şərqi Avropa ölkələrinə yerinə yetirəcək.

Avstriya koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə mart ayında sərhədlərdə sanitariya nəzarətini gücləndirdi, bir neçə ölkə ilə sərnişin reyslərini mayın 31-dək dayandırdı. İyunun 15-dən etibarən Vyana ilk növbədə Almaniya, sonra Macarıstan, Slovakiya və Çexiya ilə sərhədlərini tamamilə açmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti