...

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Dünya xəbərləri Materials 21 May 2020 17:43 (UTC +04:00)
Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakı. Trend:

“Apple” şirkəti bu ilin payızında “iPhone 12” smartfonlarını satışa qulaqlıqlar olmadan çıxaracaq.

Trend-in məlumatına görə, 2020-ci ildən başlayaraq “Apple” öz smartfonlarının təqdimatına və satışına “EarPods” qulaqlıqlarını əlavə etməyəcək. Bu qərar onların satışlarının stimullaşdırılması ilə əlaqədar qəbul edilir.

Qeyd olunur ki, aksesuarsız yeni telefonu əldə edən müştəri əlavə olaraq “EarPods” və ya “AirPods” qulaqlıqlarını almalı olacaq.

Mütəxəssislər hesab edir ki, bu il şirkət 80-93 milyon qulaqlıq sata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti