Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi koronavirus pandemiyası şəraitində dini mərasimlərin keçirilməsi üçün tövsiyələr hazırlayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu mərasimlərdə iştirakçıların sayı 100-ü keçməməli və mərasim imkan daxilində açıq havada keçirilməlidir.
Din nümayəndələrinin yaşlılar üçün xidmətləri yalnız uzaqdan həyata keçirmələri, mərasimlər keçirilərkən hava-damcı yolu ilə koronavirusun yayılması təhlükəsi səbəbindən xor ifalarından, həmçinin kitablar və ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsindən çəkinmək tövsiyə olunur. Kilsədaki skamyalar 2 metrdən yaxın olmayan bir məsafədə yerləşdirilməlidir.
Federal və yerli hakimiyyət orqanlarına əsaslanaraq hesabat aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 1,65 milyondan çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb, 98 mindən çox insan ölüb.