Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 26 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 748 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən sutka ərzində koronavirusdan 57 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 170 nəfər koronavirusdan sağalıb.