...

Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb

Dünya xəbərləri Materials 3 İyun 2020 04:49 (UTC +04:00)
Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb

Bakı. Trend:

Kanadada yeni növ koronavirusa yoluxanların sayı 92 151 nəfərə, koronavirusdan ölənlərin sayı isə 7 344 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son iki həftə ərzində Kanadada koronavirusa yoluxanların sayı 20 mindən çox, koronavirusdan ölənlərin sayı isə 2 mindən çox artıb.

Bildirilir ki, ən çox yoluxma halları Kvebek, Ontario, Alberta və Britaniya Kolumbiyası əyalətlərində qeydə alınıb.

Qeyd edilir ki, ölkədə 1 721 000 test aparılıb, onlardan 1,6 milyondan çoxunun nəticəsi mənfi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti