...

Türkiyədə 4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 3 İyun 2020 07:13 (UTC +04:00)
Türkiyədə 4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Osmaniye şəhərinin Kadirli rayonunda, ocağı isə 29 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti