...

Polşa Aİ ölkələri ilə sərhədlərini açır

Dünya xəbərləri Materials 13 İyun 2020 03:51 (UTC +04:00)
Polşa Aİ ölkələri ilə sərhədlərini açır

Bakı. Trend:

Polşa hakimiyyəti yeni növ koronavirus pandemiyası səbəbiylə bağlanmış Şengen daxili sərhədlərini açır.

Trend-in məlumatına görə, bu gündən Almaniya, Litva, Slovakia və Çexiya ilə sərhəddə nəzarət artıq seçim üzrə olacaq.

Polşa hökumətinin verdiyi qərara əsasən, indi respublikaya daxil olduqda ölkə və digər Aİ dövlətlərinin vətəndaşları, habelə Aİ-də daimi yaşamaq icazəsi olan əcnəbilər əvvəllər tətbiq edilən iki həftəlik məcburi karantindən keçməyəcəklər.

Xatırladaq ki, Polşa sərhədlərini martın 15-də bağlayıb və eyni gündə hava əlaqələrini dayandırıb. Bildirilir ki, aviareyslər 16 iyun tarixindən bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti