...

Bağdadın hava limanı raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 23 İyun 2020 01:21 (UTC +04:00)
Bağdadın hava limanı raket hücumuna məruz qalıb

Bakı. Trend:

İraqın paytaxtı Bağdad şəhərinin hava limanının ərazisinə raket düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyinə mənbə bildirib.

Məlumata əsasən, raket şəhərdən qərbdə yerləşən yaşayış məntəqəsindən atılıb. Raket zərbəsi nəticəsində ciddi zərər barədə məlumat verilməyib.

Raketin kim tərəfindən atıldığı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti