...

İstanbulda yaşayış binasında partlayış olub

Dünya xəbərləri Materials 27 İyun 2020 08:32 (UTC +04:00)
İstanbulda yaşayış binasında partlayış olub

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yaşayış binasında partlayış baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb ediliblər.

Bildirilir ki, yanğınsöndürənlər partlayış nəticəsində başlayan yanğını söndürüblər. Partlayış nəticəsində 2 binaya, bir neçə avtomobilə zərər dəyib, qarşıdakı binaların şüşələri qırılıb.

Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti