Fəxrəddin Altun: 15 iyul müqavimətimiz dünyada görülməmiş bir qələbə dastanıdır

Fəxrəddin Altun: 15 iyul müqavimətimiz dünyada görülməmiş bir qələbə dastanıdır

Bakı. Trend:

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.

2016-cı ilin iyul ayının 15-də Türkiyədə baş verən çevriliş cəhdindən bəhs edən Fəxrəddin Altun 15 iyul tarixini ilk gündən bəri sadəcə bir çevriliş cəhdi kimi görmədiyini qeyd edib:

“Həmin gün həm işğal, həm də çevriliş cəhdi ilə üz-üzə qaldıq. Cənab Prezidentimizin həyatına sui-qəsd cəhdi, Türkiyə Böyük Millət Məclisinin və Prezident Aparatının bombalanması, müqavimət göstərən millətimizin güllə yağışına tutulması işğala cəhd edildiyinin əyani sübutu idi. Buna görə də o gün millətimizin apardığı dastan kimi mübarizəni, şəhidlərimizin hansı şüurla şəhadətə doğru irəlilədiyini, qazilərimizin, qadın, gənc, yaşlı olmaqla bütün millətimizin hansı inancla mərmilərə doğru irəlilədiyini yaxşı dərk etməliyik. 15 iyul müqavimətimiz dünyanın heç bir yerində görə bilməyəcəyiniz bir qələbə dastanıdır. Millətimizin müstəqilliyinə, iradəsinə və liderinə canı bahasına sahib çıxdığı bir gündür. Millət olaraq ölüm qorxusuna qalib gəldiyimiz, sarsılmaz bir inancla dik bir şəkildə irəlilədiyimiz andır. Mənəviyyatı, cəmiyyəti vahid duyğu ətrafında birləşdirə bilən nadir hadisələrdən biridir. Hər dəfə minarələrdən yüksələn səla səslərini eşitdikdə, eyni hissləri yaşadığımız, saf imanı qurşandığımız bir tarixdir. Buna görə 15 iyul, dəyərini hər gün daha çox dərk etdiyimiz, şəhidlərimizi ehtiramla yad etdiyimiz və haqqında daha çox düşündüyümüz bir tarixdir”.

Türkiyə rəsmisi “15 iyul xəyanətini dünyada və Türkiyədə kifayət qədər çatdıra bildikmi?” sualına belə cavab verib: “Haqqı ilə anlamaq, dərk edə bilmək, xatırlamaq və unutdurmamaq. Əlbəttə, hamımızın ortaq səyləri bu istiqamətdədir. Təbii ki, asan deyil. Unutmaq insanın fitrətində olan bir xüsusiyyətdir. Ancaq insanın fitrətində unutmağa qarşı hər zaman bir müqavimət də var. Həmin gecə müstəqilliyimiz və milli iradəmiz üçün böyük bədəllər ödədik. Səsimiz, sözümüz var olduğu müddətcə 15 iyul tarixindən bəhs edəcəyik. Bununla birlikdə, son bir neçə ildə ölkə olaraq çox şey yaşadıq. Ən böyük hədəfimiz, yaşadığımız dövr ərzində bütün bunları kifayət qədər dərk edə bilməkdir”.

“İctimai və siyasi yaddaşımıza həkk olunan fövqəladə bir dövr yaşadığımızı söyləyə bilərikmi?” sualına cavabında isə Altun “Bəli, bu gün yaşadıqlarımızı gələcəkdə oxuyanlar bu böyük mənzərəni daha rahat görəcəklər və millət olaraq apardığımız mübarizə daha aydın başa düşüləcəkdir. Biz isə bu gün apardığımız mübarizənin və ya ödədiyimiz bədəllərin isti izlərini yaşayırıq. Çünki müstəqillik və milli iradə uğrunda mübarizəmiz hələ də davam edir. Millət və dövlət olaraq hələ də o qanlı çevriliş cəhdinin təkanları ilə mübarizə aparırıq. Daxildə və xaricdə terrorizmə qarşı apardığımız mübarizə, FETÖ-nün sızdığı qurumlardan təmizlənməsi, Türkiyənin beynəlxalq əlaqələrdə artan təsirinə qarşı göstərilən müqavimətə qarşı duruşumuz... Bir tərəfdən bütün bunları yaşayarkən, digər tərəfdən 15 iyul tarixini unutmamaq və unutdurmamaq çox vacibdir. O gecə nümayiş etdirilən dirçəliş ruhunun mənəvi və siyasi mənasını çox yaxşı dərk etməli və izah etməliyik”, - deyə bildirib.

F.Altun 15 iyul tarixini üç mərhələdə qiymətləndirmək lazım olduğuna diqqət çəkib: “Birinci mərhələ gecə başlayan çevriliş cəhdi, tankların küçələrə çıxarılması, körpülərin tutulması, Cumhurbaşqanlığı Külliyəsinin, Türkiyə Böyük Millət Məclisinin, polis binalarının döyüş təyyarələri tərəfindən vurulması millət olaraq böyük bir şok yaşadığımız mərhələ idi. Növbəti mərhələdə cənab Prezidentimizin çağırışı ilə millət küçələrə çıxdı və bir dirçəliş, müqavimət ruhu nqmayiş etdirildi. Millətin tanklara qarşı yalın əllərlə göstərdiyi bu müqavimət və daha sonra əldə edilən qələbə dünyada başqa heç bir nümunəsi olmayan bir əhval-ruhiyyəni ortaya qoydu. Və son olaraq, şəhidlərimiz və onların ağrısı 15 iyul tarixinin ən vacib miqyasını təşkil edir. Buna görə də 15 iyulu tək bir əhval-ruhiyyə ilə səciyyələndirmək mümkün deyil. Şok, qələbə və matəm... Fikrimizcə, hər üç məqama da lazım olan qiyməti verməliyik. 15 iyulu yalnız qələbə və ya sadəcə matəm kimi qiymətləndirməmiz doğru olmaz. O gecə baş verənləri həm biz, həm də sonrakı nəsillərə doğru çatdırmalıyıq. Olduğu kimi. 15 iyulun qurğulara və ya nağıla çevrilməsinə ehtiyacı yoxdur. Çünki həqiqətlər hər şeydən güclüdür”.

Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
Bütün xəbərlər