...

Türkiyədə koronavirusdan sağalanların sayı 205 min nəfəri ötüb

Dünya xəbərləri Materials 22 İyul 2020 21:56 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 205 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 545 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 902 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 222 402 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 203 nəfər olmaqla 205 214 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti