...

Cənubi Qafqazda sülhün təmin edilməsi Avropa ilə Mərkəzi Asiya arasındakı əlaqələr üçün mühüm əhəmiyyət kəsb edir - Antoniu Koşta

Siyasət Materials 4 Dekabr 2025 20:46 (UTC +04:00)
Cənubi Qafqazda sülhün təmin edilməsi Avropa ilə Mərkəzi Asiya arasındakı əlaqələr üçün mühüm əhəmiyyət kəsb edir - Antoniu Koşta
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Cənubi Qafqazdakı sülh Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta bu barədə Trend-ə açıqlamasında bildirib.

O, bu bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə apardığı danışıqların nəticələrinə əsasən verib.

Koşta, Qazaxıstanın regional sabitliyin təmin edilməsində və Ermənistan ilə Azərbaycan arasında münaqişənin həlli məsələsindəki rolunu vurğulayıb.

"Sülh və inkişaf edən Cənubi Qafqaz, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi üçün həyati əhəmiyyət kəsb edir," – deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.

O, həmçinin artan qlobal gərginlik və münaqişələr fonunda, beynəlxalq hüququn təhlükə altında olduğu bir şəraitdə, əməkdaşlığın koordinasiyasının vacibliyini qeyd edib.

Koşta, Qazaxıstana BMT Nizamnaməsinin və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın ardıcıl müdafiəsi üçün dərin təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Qazaxıstan arasında əməkdaşlıq konkret nəticələr verir.

"Bu həftə Brüsseldə vizaların sadələşdirilməsi barədə razılaşma üzrə danışıqlara başladıq. Mən yaxşı başa düşürəm ki, bu danışıqlar həm Qazaxıstan vətəndaşları, həm də Avropa vətəndaşları üçün çox vacibdir. Bu razılaşmanın imzalanmasından sonra vətəndaşlarımızın bir-birini görməsi, təhsil alması, işləməsi və investisiya qoyması asanlaşacaq – bu, bizim xalqlarımız arasında dostluğun əsl simvolu olacaq," – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti