...

Moskvada bir gündə 700 obyektdə bomba həyəcanı

Dünya xəbərləri Materials 28 İyul 2020 16:23 (UTC +04:00)
Moskvada bir gündə 700 obyektdə bomba həyəcanı

Bakı. Trend:

Moskvada ötən gün ərzində 700-dən çox obyektə bomba qoyulması barədə anonim zənglər daxil olub.

Trend-in məlumatına görə, 350 ticarət mərkəzi, 120-dən çox tibbi müəssisə, eləcə də bütün metro stansiyalarında bomba olması barədə xəbərdarlıqlar edilib.

Hüquq-mühafizə orqanları qeyd olunan ünvanlarda axtarışlar aparıb. Ümumilikdə, 4 mindən çox şəxs təxliyə olunub.

Bütün zənglərin əsassız olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti