...

Türkiyədə koronavirusdan sağalanların sayı 218 min nəfəri ötüb

Dünya xəbərləri Materials 4 Avqust 2020 23:48 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 765 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 083 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 234 934 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 218 491 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti