...

Koronavirusun ikinci dalğası Fransanı da gözləyir

Dünya xəbərləri Materials 5 Avqust 2020 20:47 (UTC +04:00)

Bakı. Trend:

Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

Trend-in məlumatına görə, bu barədə şura qeyd edib ki, epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir.

Mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin vaxtaşırı ağırlaşması ilə Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir. Onlar "yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyi böyük ölçüdə vətəndaşların əlindədir" - deyə, qeyd ediblər.

Avqustun 3-də Fransanın Baş naziri Jan Castex bildirib ki, koronavirus hələ də bütün ölkədə yayıldığına görə, rahatlanmamalı və sayıqlığı itirməməliyik.

Worldometers portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın şəxs ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti