Bakı. Trend:
Türkiyənin Adana vilayətində böyük şəhərlərdə terror aktını planlaşdıran şəxs tutulub.
Trend-in məlumatına görə, əməliyyat silahlı terror təşkilatı PKK / KCK-PYD / YPG-nin hərəkət və fəaliyyətlərini müəyyənləşdirmək və deşifrə etmək tədbirləri çərçivəsində həyata keçirilib.
Əməliyyat zamanı iki nəfərin olduğu şübhəli avtomobil dayandırılıb. Nəqliyyat vasitəsinin arxasında qara çanta tapıldıqdan sonra mütəxəssis qrupu dərhal hadisə yerinə çağırılıb.
Ekspert qruplarının apardığı işlər nəticəsində çantada 20 kiloqram partlayıcı (trinitrotoluol) aşkar edilib.
Həmçinin xidmət itlərinin iştirakı ilə yolun kənarında torpaqda bastırılmış 17 kiloqrama yaxın partlayıcı maddə tapılıb. Beləliklə, ümumilikdə 37 kiloqram partlayıcı ələ keçirilib.