...

Çində koronavirus peyvəndinin klinik sınaqlarına razılıq verilib

Dünya xəbərləri Materials 23 Avqust 2020 06:02 (UTC +04:00)

Bakı. Trend:

Çinin Tibb Məhsulları Dövlət İdarəsi böcək hüceyrələri əsasında yaradılan koronavirusa qarşı rekombinant (genetik olaraq hazırlanmış) peyvəndin klinik sınaqlarının başlanmasını təsdiqlədi.

Trend-in məlumatına görə, bu barədə Global Times qəzeti bildirib.

Məlumata əsasən, dərman Sıçuan Universitetinin biolaboratoriyasında hazırlanıb, mütəxəssisləri yüksək keyfiyyətli məhsul yaratmağı bacardıqlarını iddia edirlər.

Peyvənd artıq meymunlarda və digər heyvanlarda sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti