...

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı üç nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Avqust 2020 23:12 (UTC +04:00)
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı üç nəfərə çatıb

Bakı. Trend:

ABŞ-da Texas və Luizianada baş verən Laura qasırğası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə CNN telekanalı bildirib.

Məlumata əsasən, Akadiya Periş dairəsində evin üstünə ağacın düşməsi nəticəsində 60 yaşlı kişi ölüb. Analoji səbəbdən Cekson Periş dairəsində daha bir nəfər həlak olub.

Bundan əvvəl Vernon Periç dairəsində 14 yaşlı qızın ölümü ilə bağlı məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti