...

Berluskoni xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 11:29 (UTC +04:00)
Berluskoni xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Milan şəhərində xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, o, bir neçə gün əvvəl koronavirusa yoluxduğunu elan etmişdi.

S.Berluskoni müayinə keçmək üçün xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağlamlıq vəziyyətinin narahatlıq doğurmadığını bildirib.

Ötən gün S.Berluskoni öz tərəfdarlarına müraciətində artıq qızdırmasının olmadığını və özünü yaxşı hiss etdiyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti