...

Türkiyədə koronavirusdan daha 1 047 nəfər sağalıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 23:28 (UTC +04:00)
Türkiyədə koronavirusdan daha 1 047 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 730 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 703 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 281 509 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 118 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 252 152 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti