Bakı. Trend:
Rusiyada koronavirusa yoluxanların sayı 1,03 milyon nəfəri keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 099 nəfər virusa yoluxub, 122 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 035 789 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 993 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 850 049 nəfər virusdan sağalıb, 167 747 nəfərin müalicəsi isə davam edir.