Bakı. Trend:
“Apple” şirkəti Sinqapurda su üzərində mağazasını açacaq.
Trend-in məlumatına görə, açılış sentyabrın 10-da keçiriləcək.
“Apple Marina Bay Sands” mağazasında 148 əməkdaş işləyəcək. Onlar 23 müxtəlif dildə müştərilərlə ünsiyyət yarada biləcək.
Mağazanın aşağı mərtəbəsində sualtı iclas zalı yerləşir. Açılış gününə müştərilər yalnız ilkin qeydiyyat yolu ilə qatıla biləcək.