...

Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib

Dünya xəbərləri Materials 20 Sentyabr 2020 17:46 (UTC +04:00)
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib

Bakı. Trend:

Özbəkistanın baş nazirinin aqrar və qida inkişafı məsələləri üzrə müavini Uktam Barnoev koronavirusdan vəfat edib.

Bu barədə Trend Özbəkistanın Buxara vilayəti administrasiyasına istinadən bildirib.

Məlumata əsasən, baş nazirin müavini 56 yaşında vəfat etdi.

Qeyd edək ki, U.Barnoev iyulun sonunda diaqnoz qoyulduğu COVID-19 xəstəliyindən uzun müddət müalicə olunurdu. O Akfa Medline özəl klinikasında müalicə alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti