...

Avropadakı müsəlmanlar ayrı-seçkiliyə məruz qalır - Ərdoğan

Dünya xəbərləri Materials 2 Noyabr 2020 03:37 (UTC +04:00)
Avropadakı müsəlmanlar ayrı-seçkiliyə məruz qalır - Ərdoğan

Bakı. Trend:

Avropa ölkələrində yaşayan müsəlmanlar sistematik olaraq ayrı-seçkiliyə məruz qalır, hüquq və azadlıqlarından məhrum edilir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Bəşəriyyətin gələcəyini, fərqli dinlərin və mədəniyyətlərin bir yerdə yaşamasını təhdid edən hərəkətlərə "dur" deməyin vaxtı gəlib".

Türkiyə Prezidenti əlavə edib ki, dünyaya insan hüquqları və demokratiya mövzusunda dərs verən ölkələr islamofobiya və ksenofobiyada liderdir: "İrqçi terrorizm bir çox Qərb ölkəsində vəba kimi yayılır, bəzən dövlət başçıları səviyyəsində müdafiə olunur".

Onun sözlərinə görə, müsəlmanların ibadət yerlərinə, iş yerlərinə, məscidlərə və QHT binalarına edilən hücumların "həyəcan verici səviyyəyə artb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti