Türkiyədə 4 yaşlı uşaq 91 saat sonra dağıntılar altından xilas edilib (FOTO)

Bakı. Trend:
Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan şəxslərin axtarışları davam edir.
Trend-in məlumatına görə, binalardan birində 4 yaşlı qız 91 saat davam edən axtarışlardan sonra xilas edilib.
Dağıntılar altından çıxarılan qız xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, zəlzələdən ölənlərin sayı 102 nəfərə çatıb, 1 026 nəfər yaralanıb.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ