...

Türkiyədə koronavirusdan sağalanların sayı 336 mini keçib

Dünya xəbərləri Materials 8 Noyabr 2020 03:18 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 336 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 81 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 803 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 483 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 391 739 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 928 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 336 221 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti