...

Moskvada koronavirusdan daha 72 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Noyabr 2020 02:17 (UTC +04:00)
Moskvada koronavirusdan daha 72 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 72 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 72 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 361 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti