...

Türkiyə maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib

Dünya xəbərləri Materials 10 Noyabr 2020 00:05 (UTC +04:00)
Türkiyə maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib

Bakı. Trend:

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

Bildirilir ki, B.Albayrakın indiyədək göstərdiyi fəaliyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdir edilib: "Məlum olduğu kimi, yanvarın 8-i xəzinə və maliyyə nazirimiz Berat Albayrak sosial şəbəkədəki hesablarından birində səhhəti ilə əlaqədar istefasını tələb edən açıqlama vermişdi. Prezidentimiz bu tələbi dəyərləndirərək Xəzinə və Maliyyə Naziri Berat Albayrakın istefa tələbini qəbul edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti