...

Moskvada koronavirusdan ölənlərin sayı 7,9 min nəfəri keçib

Dünya xəbərləri Materials 17 Noyabr 2020 03:10 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 74 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 933 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti