...

Britaniyada koronavirusa daha 19 875 nəfər yoluxub

Dünya xəbərləri Materials 22 Noyabr 2020 03:29 (UTC +04:00)
Britaniyada koronavirusa daha 19 875 nəfər yoluxub

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 19 875 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1 493 383 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 341 ölüm halı qeydə alınıb, hazırkı dövrədək koronavirusa yoluxanlardan 54 626 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti