...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 549 mindən çox artıb

Dünya xəbərləri Materials 8 Dekabr 2020 04:36 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 549 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 549 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 549 946 nəfər yeni koronavirusa yoluxub, 8 768 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 66 422 058, ölənlərin isə 1 532 418 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti