...

İran bir il əvvəl vurulan təyyarədə ölənlərin ailəsinə 150 min avro kompensasiya verəcək

Dünya xəbərləri Materials 30 Dekabr 2020 14:48 (UTC +04:00)
İran bir il əvvəl vurulan təyyarədə ölənlərin ailəsinə 150 min avro kompensasiya verəcək

Bakı. Elnur Bağışov - Trend:

İran 8 yanvarda Tehran vilayətində Ukraynaya məxsus təyyarəsinin vurulması nəticəsində həlak olanların hər biri ilə əlaqədar yaxınlarına 150 min avro kompensasiya ödəyəcək.

İranın Nazirlər Kabineti bu gün (30 dekabr) keçirilən iclasda bununla əlaqədar qərar verib. Bu barədə Trend İran Prezidentinin Hüquq Müavinliyinin informasiya portalına istinadən məlumat verib.

Qərara əsasən, nəzərdə tutulan kompensasiya tez bir zamanda hər bir həlak olan şəxsin ailəsinə milliyyəti və vətəndaşlığından asılı olmayaraq ödəniləcək.

Kompensasiyanın ödənilməsi İranın Yol və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvarda bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti