...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 583 mindən çox artıb

Dünya xəbərləri Materials 5 Yanvar 2021 01:36 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 583 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 583 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 583 907 nəfər yeni koronavirusa yoluxub, 7 957 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 83 910 386, ölənlərin isə 1 839 660 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti