...

İranda sutka ərzində koronavirusdan 85 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Yanvar 2021 14:43 (UTC +04:00)
İranda sutka ərzində  koronavirusdan 85 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 85 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 018 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 251 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 274 514 nəfərə çatıb. Virus daşıyıcılarından 4 729 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 058 654 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 8,04 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona, 401 rayon isə sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti