...

Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib

Dünya xəbərləri Materials 17 Yanvar 2021 13:21 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 23 586 nəfər virusa yoluxub, 481 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 568 209 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 65 566 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 960 431 şəxs virusdan sağalıb. Qeyd edilir ki, Rusiyanın bütün 85 bölgəsində koronavirusa yeni yoluxma halları aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti