Bakı. Orxan Nəbiyev - Trend:
ABŞ-ın Miçiqan ştatının sakini "Mega Millions" lotereyasında 1 milyard dollar məbləğində cek-pot udub.
Trend-in məlumatına görə, adı açıqlanmayan şəxs uduşla bağlı vergilər ödənildikdən sonra 740 milyon dollara yaxın vəsaitin sahibi olacaq.
Bu, ABŞ lotereya tarixində ikinci ən böyük uduş olub. 2018-ci ildə Cənubi Karolina ştatının sakini 1,5 milyard dollar cek-pot udmuşdu.