...

Terrorla mübarizədə Türkiyə ilə həmrəyik - Rusiya səfirliyi

Dünya xəbərləri Materials 16 Fevral 2021 12:44 (UTC +04:00)
Terrorla mübarizədə Türkiyə ilə həmrəyik - Rusiya səfirliyi

Bakı. Orxan Nəbiyev - Trend:

Terrorla mübarizədə Türkiyə ilə həmrəyik.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi öz "Twitter" səhifəsində yazıb.

Səfirlik Türkiyə ordusunun İraqın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı həlak olanlara başsağlığı verib:

"Terrorla mübarizədə Türkiyə ilə həmrəyik. Türk xalqının ağrı-acısını bölüşürük. Şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı veririk".

Qeyd edək ki, Türkiyə ordusunun İraqın şimalında keçirdiə əməliyyat nəticəsində 3 hərbçi həlak olmuş, 13 əsir PKK mənsubları tərəfindən güllələnmişdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti