...

Siciliyada Etna vulkanı püskürüb

Dünya xəbərləri Materials 16 Fevral 2021 23:46 (UTC +04:00)
Siciliyada Etna vulkanı püskürüb

Bakı. Trend:

İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanının püskürməsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər verib.

Məlumata əsasən, cənub-şərq yamacındakı kraterdən püskürmə vulkanik kül və lava axını ilə müşayiət olunub.

Vulkanik aktivliyin artması ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16: 10-da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti