...

Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 5 Mart 2021 00:30 (UTC +04:00)
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, təkanların ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələri yoxdur.

ABŞ Milli Tsunami Xəbərdarlıq Mərkəzi sunami xəbərdarlığını yayımlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti