...

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

Dünya xəbərləri Materials 8 Mart 2021 11:15 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son iki gün ərzində 800-ə yaxın yoluxma faktı aşkarlanıb.

Ölkədə koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb.

Bu günədək Ermənistanda 4 mindən çox şəxs koronavirusdan ölüb.

Qeyd edək ki, karantin rejimi 2021-ci il iyulun 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti