...

İtaliyada tanklar səhvən quşçuluq fermasını darmadağın edib

Dünya xəbərləri Materials 19 Mart 2021 17:14 (UTC +04:00)
İtaliyada tanklar səhvən quşçuluq fermasını darmadağın edib

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın şimal-şərqindəki Pordenone əyalətində hərbi təlimlər zamanı tanklar səhvən quşçuluq fermasını atəşə tutub.

Trend-in məlumatına görə, hadisə nəticəsində çoxlu sayda quş tələf olub, fermada ciddi dağıntılar qeydə alınıb.

İnsidentlə bağlı Pordenone prokurorluğu araşdırma aparır. Maddi zərərin dəyəri müəyyənləşdirilənədək dörd tanka həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti