...

Misirdə iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 100 nəfəri keçib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Mart 2021 20:06 (UTC +04:00)
Misirdə iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 100 nəfəri keçib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölənlərin sayı dəyişməyib, qəza nəticəsində 32 nəfər ölüb.

Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, hadisə yerində 74 təcili tibbi yardım avtomobili işləyir, xəsarət alanlar yaxınlıqdakı bir neçə xəstəxanaya çatdırılırlar.

Bildirilir ki, ağır xəsarətlər alan şəxsləri ölkənin paytaxtına çatdırmaq nəzərdə tutulur. Yerli həkimlərə yardım üçün paytaxtdan əlavə tibbi heyət cəlb edilib.

XXX

17:52

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, hadisə paytaxt Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 təcili yardım maşını cəlb edilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti