...

Dünyada ötən sutka koronavirusa 518 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 30 Mart 2021 01:01 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 518 mindən çox yoluxma qeydə alınıb - ÜST

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 518 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 518 201 nəfər yeni koronavirusa yoluxub, 8 923 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 890 540, ölənlərin isə 2 778 619 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti