...

Rusiyada son sutkada 357 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 4 Aprel 2021 14:28 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,58 milyonu keçib.

Trend-in TASS-a itinadən verdiyi məlumata görə, ölkədə son sutka ərzində 8 817 nəfər virusa yoluxub, 357 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 580 894 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 100 374 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 204 081 şəxs virusdan sağalıb, 276 439 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti