Çexiyada qatarların toqquşması nəticəsində bir nəfər ölüb

Bakı. Trend:
Çexiyanın Teplitse şəhərinin ərazisindəki Svetets kəndi yaxınlığında iki qatar toqquşub. Hadisə nəticəsində bir nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ölkənin birləşmiş xilasetmə və təcili tibbi yardım xidmətinin nümayəndəsi Prokop Voleynik bildirib.
P.Volrynik qeyd edib: "Svetets kəndi yaxınlığında iki yük qatarı toqquşub. Bir nəfər həlak olub, bir nəfər orta dərəcədə yaralanıb".
Hadisənin digər təfərrüatları barədə hələki məlumat verilməyib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq